dots

Sürətli və Etibarlı Yoldaşınız

Biz yolda qaldığınız anlarda yanınızdayıq. Evakuator, yükdaşıma, texniki vasitələrin daşınması və kran-manipulator xidmətlərimizlə hər zaman və hər yerdə kömək edirik. İstədiyiniz zaman, təkcə bir toxunuşla dəstək alın.

Portgo evakuator xidməti – yolda qalan avtomobilin daşınması
Portgo evakuator xidməti komandası – peşəkar sürücülər və ustalar

Yolda tək deyilsiniz — Biz buradayıq!

Həyat bəzən gözlənilməz anlarda bizə sürprizlər edir. Avtomobilin daşınması, ağır yüklərin çatdırılması və ya texnikanın bir ünvandan digərinə köçürülməsi lazım olduqda sizi tək buraxmırıq. Biz hər zaman və hər yerdə yanınızda olan mobil xidmət platformasıyıq.

Tətbiqimiz avtomobilin evakuatorla daşınması, yüklərin evakuatorla daşınması, texnikaların daşınması və kran manipulyator kimi peşəkar xidmətləri bir araya gətirir. Sadəcə bir toxunuşla ehtiyac duyduğunuz xidməti sifariş edin və ən yaxın peşəkar komandamız dərhal sizə kömək üçün yola çıxsın.

Məqsədimiz daşınma və logistika prosesini sizin üçün maksimum rahat, sürətli və təhlükəsiz etməkdir. İstər şəhər daxilində, istərsə də uzaq məsafələrdə — biz daim yanınızdayıq.

user

10,000+ istifadəçi

Bizim xidmətlərimizə etibar edən insanlar

partner

200+ partnyor

Peşəkar evakuator, usta və sürücü şəbəkəsi

satisfied

97% məmnun müştəri

Xidmət keyfiyyətindən razı qalan istifadəçilər

Xidmətlərimiz

Texniki nasazlıq, qəza və ya digər hallarda yanınızdayıq. Evakuator, texniki yardım və servis yönləndirməsi kimi əsas sürücü xidmətlərini bir araya gətirdik ki, yolda qalmaq artıq problem olmasın.

Portgo evakuator xidməti – avtomobilin təhlükəsiz daşınması

Avtomobillərin daşınması

Avtomobillərin daşınması

Yolda qəfil texniki problem, qəza və ya nasazlıqla üzləşmək heç kimin planında olmur. Bu anlarda ən vacibi — vaxtında və etibarlı yardım almaqdır. Biz sizə sürətli və peşəkar evakuator xidməti təklif edirik. Tətbiq vasitəsilə bir neçə saniyəyə yaxınlıqdakı evakuatoru çağırın və yerinizi qeyd edin. Peşəkar sürücülərimiz qısa zamanda çataraq avtomobilinizi təhlükəsiz şəkildə istədiyiniz ünvana çatdıracaq. Hər zaman, hər yerdə — biz yolda tək qalmamağınız üçün buradayıq.

Portgo yükdaşıma xidməti – inşaat materiallarının daşınması

Yüklərin daşınması

Yüklərin daşınması

Ağır, iri həcmli və xüsusi diqqət tələb edən yüklərin daşınmasını riskə atma. Evakuator xidməti ilə yüklərin təhlükəsiz şəkildə yüklənməsi, sabitlənməsi və ünvana problemsiz çatdırılması təmin olunur. Peşəkar sürücülər və uyğun texnika sayəsində daşınma prosesi sürətli, etibarlı və rahat şəkildə həyata keçirilir. Sadəcə sifariş ver, yükün vaxtında və zərərsiz çatdırılsın.

Portgo ayıq sürücü xidməti – içkili sürücülər üçün yol yardımı

Texnikaların daşınması

Texnikaların daşınması

Tikinti, sənaye və xüsusi təyinatlı texnikaların daşınması yüksək diqqət və peşəkarlıq tələb edir. Evakuator xidməti ilə ekskavator, forklift, generator və digər ağır texnikalar təhlükəsiz şəkildə yüklənir, düzgün sabitlənir və heç bir zərər görmədən ünvana çatdırılır. Təcrübəli sürücülər və uyğun platformalı evakuatorlar sayəsində daşınma prosesi həm sürətli, həm də etibarlı şəkildə həyata keçirilir. Vaxt itirmədən sifariş ver, texnikan problemsiz şəkildə çatdırılsın.

Portgo akkumulyator xidməti – avtomobil akkumulyatorunun dəyişdirilməsi

Kran-Manipulator

Kran-Manipulator

Ağır yüklərin qaldırılması və daşınması üçün kran manipulyator ən effektiv həllərdən biridir. Bu xidmət vasitəsilə həm yükləmə, həm də daşınma prosesi eyni anda və minimum vaxt itkisi ilə həyata keçirilir. Tikinti materialları, texnika və digər iri həcmli yüklər peşəkar şəkildə qaldırılır, təhlükəsiz şəkildə yerləşdirilir və təyin olunan ünvana çatdırılır. Təcrübəli operatorlar və müasir texnika sayəsində proses tam nəzarət altında, sürətli və etibarlı şəkildə icra olunur. Sadəcə sifariş ver, bütün işi biz görək.

Tez-tez verilən suallar

Xidmətdən necə istifadə edə bilərəm?

expand
Xidmətlərimizdən həm mobil tətbiq vasitəsilə, həm də birbaşa əlaqə nömrəmizə 77 426 26 26 zəng edərək istifadə edə bilərsiniz. Tətbiqdə sifariş verərkən sadəcə xidmət növünü seçib təsdiqləməyiniz kifayətdir.

Tətbiq vasitəsilə sifariş necə verilir?

expand
Tətbiqə daxil olduqdan sonra sizə uyğun xidmət növünü seçirsiniz. Sifarişi təsdiqlədikdən sonra müraciətiniz operatora yönləndirilir və sizinlə əlaqə saxlanılır.

Hansı xidmət növlərini təqdim edirsiniz?

expand
Hal-hazırda aşağıdakı xidmətlər üzrə fəaliyyət göstəririk: • Avtomobillərin evakuatorla daşınması • Yüklərin evakuatorla daşınması • Kran manipulyator xidməti • Ağır tonnajlı texnikaların daşınması

Operator mənimlə nə üçün əlaqə saxlayır?

expand
Operator sifarişinizin detallarını dəqiqləşdirmək (məkan, vaxt, yük növü və s.) və sizə ən uyğun xidməti təmin etmək üçün sizinlə əlaqə saxlayır.

Sifarişi nə qədər müddətə yerinə yetirirsiniz?

expand
Sifarişin icra müddəti yerləşdiyiniz əraziyə, xidmət növünə və mövcud texnikaya görə dəyişə bilər. Operator sizə təxmini vaxt barədə əvvəlcədən məlumat verir.

Qiymət necə hesablanır?

expand
Qiymətlər məsafə, yükün növü, çəkisi və seçilmiş xidmətə əsasən hesablanır. Dəqiq qiymət operator tərəfindən sifariş zamanı sizə təqdim olunur.

Biz hər zaman yanınızda olan etibarlı xidmət tərəfdaşınızıq.

Portgo platforması sürücülər və servis mərkəzlərinin sahibləri üçün sabit sifariş axını və əlavə gəlir təmin edir.

google playapp storedownload app store
whatsapp