dots

Avtoparkınızı PORTGO ilə daha səmərəli idarə edin

PORTGO ilə evakuator, yükdaşıma və digər xidmət nəqliyyat vasitələrindən ibarət parkınızı daha çevik, şəffaf və sistemli şəkildə idarə edin. Sürücülərinizi platformaya qoşun, sifarişləri izləyin, gəlirləri izləyin və bütün əməliyyatları vahid panel üzərindən rahatlıqla nəzarətdə saxlayın. Təkcə qazanc deyil, idarəetmədə səmərəlilik, vaxt qazanmaq və biznes proseslərini optimallaşdırmaq üçün PORTGO sizin tərəfdaşınızdır.

Qeydiyyatdan Keç
Portgo platformasında yolda qalan avtomobillər üçün evakuator xidməti
Sahibkar olaraq PORTGO ilə əməkdaşlığın əsas üstünlükləri
clock

Sürətli başlanğıc

Sadə qeydiyyat və komanda ilə ilkin görüşdən sonra qısa zamanda aktiv fəaliyyətə başlaya həmçinin idarə etmə panelindən istifadə edə bilərsiniz

clock

Avtoparkınızı bir paneldən idarə edin

Hər bir sürücünün aktivliyini, sifariş tarixçəsini və gəlirini real vaxtda izləyin. Nəqliyyat vasitələrinizi, marşrut paylaşımını tək platformadan mərkəzləşdirilmiş şəkildə idarə edin.

clock

Xidmət sahələri üzrə çevik bölgü

Evakuator, yükdaşıma, ayıq sürücü və digər xidmətləri bir platformada fərqli kateqoriyalarla idarə edə bilərsiniz.

clock

24/7 dəstək və texniki yardım

Texniki problem və ya sual yarandıqda komandamız hər zaman yanınızdadır – sizin işinizin fasiləsizliyi bizim üçün önəmlidir.

clock

Performansa əsaslı sifariş bölgüsü

Sürüclərin aktivlik səviyyəsi və ləğv etmə faizi sistem tərəfindən izlənir. Yüksək göstəricilərə sahib sürüclər daha çox sifariş alır. Bütün performans indikatorları paneldə sizə görünür.

Necə İstifadə edə bilərəm
Sürücülərə nəzarət et
Sürücü statuslarını anında izləyin
Yeni sürücünü bir neçə kliklə əlavə et
Avtomobil parkınızı izləyin və idarə edin
Hər bir sürücünü ayrıca idarə edin
Hər bir sürücnüzün ayrılıqda gəlirlərini və performansını izləyin
Tranzaksiyalarda tam şəffaflıq
Hər sifarişun tam təfərrüatını görün

Sürücülərə nəzarət et

Avtoparkınızdakı bütün sürücülərin aktivlik statusunu, əlaqə məlumatlarını, sürücü vəsiqələrini və balans vəziyyətini bir baxışda izləyin. Onlayn, oflayn və sifarişdə olan sürücüləri rahatlıqla filtr edin.

Sizinlə necə əməkdaşlıq qura bilərik?
1

PORTGO ilə əməkdaşlıq üçün müraciət et

Qısa formu doldurun və sahibkar olaraq sistemə qoşulmaq üçün ilkin addımı atın.

Partnyor ol
2

Menecerimiz sizinlə ən qısa zamanda əlaqə saxlayıb görüş təyin edəcək

Komandamız sizinlə əlaqə saxlayaraq qısa təqdimat görüşü təyin edəcək və proses haqqında sizi məlumatlandıracaq və sizdən detallı məlumat alacaq.

3

Yoxlama və aktivləşmə

Komandamız məlumatları yoxlayır və profiliniz təsdiqləndikdən sonra sistemdə aktiv olursunuz.

Daxil ol
4

İdarə etməyə başlayın

Qeydiyyat tamamlandıqdan sonra avtoparkınızı yükləyin və komandanızla birgə qazanc əldə etməyə başlayın.

PORTGO ilə əməkdaşlıq üçün Sənədlər

Sənədlər

list icon

Şəxsiyyəti təsdiqləyən şəxsiyyət vəsiqəsi (fiziki və ya hüquqi şəxs üçün)

list icon

Avtomobillərə aid texniki və qeydiyyat sənədləri

list icon

Biznes qeydiyyatı və bank məlumatları (əgər hüquqi şəxs kimi qeydiyyatdan keçilibsə)

Sahə üzrə tələblər

list icon

Ən azı 1 nəqliyyat vasitəsi və sürücü ilə sistemə qoşulmaq mümkündür

list icon

Avtoparkdakı digər xidmət növləri (evakuator, yükdaşıma, akkumlator/təkər/benzin catdırılma) üzrə də qoşulmaq olar

Əməkdaşlıq Şərtləri

list icon

Qeydiyyat və aktivləşdirmə tamamilə ödənişsizdir

list icon

Sifarişlər sistem tərəfindən avtomatik olaraq paylanır

list icon

Platforma haqqı yalnız icra olunmuş sifarişlər üçün tutulur

list icon

Bütün sifarişlər üzrə detallaşdırılmış ödəniş və gəlir hesabatları təqdim olunur

list icon

Hər fleet sahibi üçün ayrıca idarəetmə paneli və şəxsi menecer dəstəyi

list icon

Tərəfdaşlıq müqaviləsi əsasında fəaliyyət (etibarlılığı və ödənişlərin təminatı üçün)

Hər bir sahibkarın güvənilən partnyoruyuq.

PORTGO sürücü tətbiqi ilə birbaşa müştərilərdən sifariş qəbul edin, nə vaxt işləyəcəyinizi özünüz seçin və Portgo sizə sürücüləri və gəlirləri bir paneldən idarə etməyə imkan verir. Avtoparkınızı rahatlıqla yönəldin, əməliyyatlara nəzarət edin, 24/7 dəstək və şəffaf qazanc sistemi ilə biznesinizi böyüdün. sürücülər üçün PORTGO sifarişlərə çıxış, şəffaf gəlir hesabatı və 24/7 texniki dəstək təqdim edir. Tək plaforma ilə bütün iş prosesinizi rahatlıqla idarə edin.

google playapp storedownload app store

Tez tez soruşulan suallar

Bir maşınım var, sahibkar olaraq PORTGO-ya qoşula bilərəm?

expand
Bəli, bir və ya bir neçə avtomobiliniz varsa, PORTGO platformasına sahibkar kimi rahatlıqla qoşula bilərsiniz.

Sürücülərimin fəaliyyətinə necə nəzarət edə bilərəm?

expand
Sizə təqdim olunan şəxsi idarəetmə paneli vasitəsilə bütün sürücülərinizin sifarişləri, gəlirləri və reytinqləri üzərində real vaxt nəzarət imkanınız var.

Hansı xidmət sahələri üzrə qoşula bilərəm?

expand
Evakuator, yükdaşıma, akkumulyator təmiri, təkər təmiri və benzin çatdırılması sahələrində fəaliyyət göstərə bilərsiniz.

Sürücülərin qiymətləndirilməsi necə aparılır?

expand
Sürücülər hər sifarişdən sonra istifadəçilər tərəfindən qiymətləndirilir və bu reytinqlər şəffaf şəkildə panelinizdə əks olunur.

Sistemə qoşulmaq üçün nə lazımdır?

expand
Şəxsiyyət vəsiqəsi, etibarlı sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Əgər evakuatorunuz yoxdursa, tərəfdaş maşınlarımızla işləmək də mümkündür.

Texniki problem olduqda kimə müraciət edə bilərəm?

expand
24/7 fəaliyyət göstərən çağrı mərkəzimiz və şəxsi meneceriniz texniki və əməliyyat dəstəyi üçün daim yanınızdadır.

Avtoparkımda fərqli xidmət sahəsinə aid maşınlar var. Hamısı ilə qoşula bilərəm?

expand
Bəli, müxtəlif xidmət sahələrində istifadə olunan avtomobillərinizi eyni anda sistemə qoşub idarə edə bilərsiniz.

1 avtomobildən aylıq evakuasiya və ya yükdaşıma sahəsində nə qədər qazanc götürə bilərəm?

expand
Gəlirlər xidmət sayına, istiqamətə və zonalara görə dəyişir. Orta hesabla 3500–4000 AZN arası aylıq qazanc mümkündür.

1 avtomobildən akkumulyator, təkər təmiri və benzin çatdırılması sahəsində nə qədər qazanc əldə edə bilərəm?

expand
Bu xidmətlər üzrə gəlir sifariş sayına əsasən dəyişir. Aktiv avtomobil üçün aylıq ortalama 300–600 AZN arası qazanc mümkündür.

Balansa yığılan məbləği necə nağdlaşdıra bilərəm?

expand
Balansınızdan istədiyiniz zaman çıxarış edə bilərsiniz – vəsaitlər təyin olunmuş bank hesabınıza və ya kartınıza köçürülür.

Avtomobilimə sürücü tapmaqda köməklik göstərirsinizmi?

expand
Bəli, ehtiyac olduqda uyğun sürücü tapılması üçün sizə dəstək veririk. Şəbəkəmizdə sürücü kimi qeydiyyatdan keçən kandidatları sizə yönləndirəcəyik.
whatsapp