Məxfilik Siyasəti
1. Təriflər
İstifadəçi- “Portgo” Servisində qeydiyyatdan keçmiş fiziki şəxsdir.
Operator – “Portgo” Servisinin mülkiyyətçisi və həmin Servisə tam müəlliflik hüququna malik olan“Port App” MMC-dir (VÖEN: 1309429221, Hüquqi ünvanı: Sharifzade 138, apt. 39. Faktiki ünvanı: Ahmad Rajabli 10 a
“Portgo” Servisi (bundan sonra Servis)— Evakuasiya xidməti göstərənlər üçün həmin xidmətdən yararlanmaq istəyənlər haqqında məlumat verən, xidmətə dair sorğuları qəbul etmək və digər funksionaldan istifadə etmək imkanlarını yaradan “Port GO” mobil tətbiqidir.
Şəxsi məlumatların emalı – avtomatlaşdırma vasitələrindən istifadə etməklə və ya bu cür vasitələrdənistifadə etmədən şəxsi məlumatlar üzərində edilən istənilən hərəkət (əməliyyat) və ya hərəkətlərin(əməliyyatların) məcmusu.
“Cookies” faylları- ziyarətlər haqqında məlumatı yadda saxlamaq üçün Servisdə saxlanılan kiçik mətn fayllarıdır.
2. Razılıq
2.1. İstifadəçi Servisdə qeydiyyatdan keçməklə hazırkı Məxfilik Siyasətinin tətbiqinə razılıq verir;
2.2. Hazırkı Siyasətin hazırlanması məqsədi İstifadəçinin şəxsi məlumatlarının Operator tərəfindən necə toplanıldığı, istifadə edildiyi, bölüşüldüyü və dəyişdirildiyi barədə İstifadəçiyə məlumat verməkdir.
3. Şəxsi məlumatların tərkibi
3.1. Şəxsi məlumatlar – birbaşa və ya dolayı şəkildə müəyyən olan və ya müəyyənləşdirilən fiziki şəxsə(vətəndaşa) aid hər hansı informasiyadır. Bu cür məlumatlara xüsusilə aşağıdakıları aid etmək olar: ad, soyad və ata adı, doğulma tarixi və yeri, ünvan, ailə vəziyyəti, sosial və əmlak vəziyyəti haqqındaməlumatlar, telefon nömrəsi, təhsil, peşə, gəlir haqqında məlumatlar, habelə digər məlumatlar.
3.2. Operator tərəfindən emal edilən şəxsi məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyinəuyğun qaydada ciddi şəkildə qorunan məxfi informasiya hesab edilir.
3.3. Servisdən istifadə etməklə İstifadəçi Operatora aşağıdakılara çıxış icazəsini verir:
3.3.1. Geolokasiya (GPS);
3.3.2. Kamera;
3.3.3. Telefon kitabçası;
3.3.4. Fayl sistemi;
3.3.5. Şəbəkəyə qoşulma (mobil şəbəkə və Wi-Fi).
3.4. Servisdən istifadə etməklə İstifadəçi Operatora aşağıdakı məlumatları toplamağa icazə verir
3.4.1. “Cookies” fayları;
3.4.2. Əməliyyat Sisteminin versiyası;
3.4.3. Cihazın növü;
3.4.4. Cari vaxt zonası.
3.5. İstifadəçi aşağıda göstərilən, lakin bununla məhdudlaşdırılmadan, Şəxsi məlumatların emaledilməsinə Operatora icazə verir: şəxsi məlumatların yığılması, əldə edilməsi, qeydə alınması, sistemləşdirilməsi, toplanması, saxlanılması, dəqiqləşdirilməsi (yenilənməsi, dəyişdirilməsi), çıxarılması, istifadə olunması, ötürülməsi (paylanılması, təqdim olunması, çıxış), anonimləşdirilməsi, bloklanması, silinməsi, məhv edilməsi.
4. İstifadə məqsədləri
4.1. Operator tərəfindən İstifadəçinin şəxsi məlumatları aşağıdakı məqsədlərlə xidmətlərin göstərilməsiüçün toplanılır və saxlanılır:
4.1.1. Eyniləşdirmə (identifikasiya) və kommunikasiya üçün;
4.1.2. Xidmət haqqında məlumat vermək üçün;
4.1.3. Servisin işini analiz etmək, texniki idarəetməsini həyata keçirmək və yaxşılaşdırmaq üçün;
4.1.4. Marketinq məqsədləri üçün;
4.1.5. Hazırkı Məxfilik Siyasətində göstərilmiş digər məqsədlər üçün.
5. Məlumatların mühafizəsi
5.1. Operator İstifadəçinin məlumatlarını təhlükəsiz saxlanılmasını təmin etmək üçün xüsusi tədbirlərgörür. Bu cür tədbirlər çərçivəsində İstifadəçinin məlumatlarına icazəsiz giriş və ya onların icazəsizaçıqlanması kimi risklərin azaldılmasına yönəlmiş xüsusi proseslər və prosedurlar tətbiq olunur.
6. Məlumatların təqdim edilməsindən, informasiya və reklam xarakterli bildirişlərin alınmasındanimtina və şəxsi məlumatların silinməsi
6.1. Operator İstifadəçidən şəxsi məlumatlarını istəyən zaman İstifadəçi onları təqdim etməkdən imtinaetmək hüququna malikdir. İstifadəçi şəxsi məlumatları təqdim etməkdən imtina etdiyi halda Servisdənistifadə imkanı məhdudlaşdırıla bilər.
6.2. İstifadəçi şəxsi məlumatların silinməsini tələb edə bilər Bu cür sorğu əsasında Operator mobil tətbiq vasitəsi ilə İstifadəçi haqqında toplanılmış şəxsi məlumatları silərək Servisdən istifadə hüququnuməhdudlaşdıra bilər. İstifadəçi şəxsi məlumatların silinməsi üçün info@portgo.az elektron poçtünvanına müraciət etməlidir.
6.3. İstifadəçi informasiya və reklam xarakterli bildirişlərin alınmasından imtina edə bilər. Bunun üçün İstifadəçi “bildirişlərdən imtina” sözlərini info@portgo.az electron poçt ünvanına göndərməlidir.
7. “Cookies” fayllarının bloklanması
7.1. İstifadəçi Servisdəki parametrlərdən istifadə etməklə “cookies” fayllarını silə və ya bloklaya bilər, buhalda Servisdən istifadə etməsi məhdudlaşdırıla bilər.
7.2. İstifadəçi qəbul edir ki, şəxsi hesab edilməyən məlumatlar hətta İstifadəçinin Servisdən istifadənidayandırdıqda və ya şəxsi məlumatların silinməsini istədikdə saxlanıla bilər.
8. Hazırkı Məxfilik Siyasətinə dəyişikliklər
8.1. Operator istənilən vaxt bu Siyasəti yeniləmək və ya dəyişdirmək hüququnu özündə saxlayır vəİstifadəçi bu Məxfilik Siyasətini vaxtaşırı olaraq yoxlamalıdır.
8.2. Məxfilik Siyasətinə hər hansı dəyişikliklər edildikdən sonra İstifadəçi Servisdən istifadəni davametdiyi halda həmin dəyişiklikləri təsdiqlədiyini və dəyişdirilmiş Məxfilik Siyasətinə riayət etməyə vəonunla bağlı öhdəlik daşımağa razılaşdığını bildirəcək.
8.3. Hazırkı Məxfilik Siyasətinə hər hansı əhəmiyyətli dəyişikliklər edildiyi təqdirdə, bu barədəİstifadəçinin Servisdə verifikasiyanı keçdiyi zaman təqdim edilmiş electron poçt ünvanına bildirişgöndərməklə məlumat verilə bilər.
