Sürücülər üçün
“Portgo” servisindən/platformadan istifadə şərtləri (bundan sonra Şərtlər)
1. Təriflər
Operator – “Portgo” Servisinin mülkiyyətçisi və həmin Servisə tam müəlliflik hüququna malik olan“Port App” MMC-dir (VÖEN: 1309429221, Hüquqi ünvanı: Sharifzade 138, apt. 39. Faktiki ünvanı: Ahmad Rajabli 10 a
Avtonəqliyyat vasitəsinin evakuasiya xidməti (bundan sonra Evakuasiya xidməti) -avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının hüdudlarında daşınmasıdır.
“Portgo” Servisi ( bundan sonra Servis)— Evakuasiya xidməti göstərənlər üçün həmin xidmətdən yararlanmaq istəyənlər haqqında məlumat verən, xidmətə dair sorğuları qəbul etmək və digər funksionaldan istifadə etmək imkanlarını yaradan Port GO mobil tətbiqidir.
Sürücü – Servisdə verifikasiyanı keçmiş, bu Şərtləri qəbul etmiş, Sifarişə uyğun olaraq evakuasiya xidmətini göstərən şəxsdir.
Müştəri (istifadəçi) –Şərtlərə uyğun verifikasiyanı keçmiş və Servis vasitəsi ilə Evakuasiya xidmətinə sifariş verən fiziki şəxsdir.
Verifikasiya - Servisdə “Sürücü” statusunu əldə etmək üçün bu Şərtlərlə nəzərdə tutulmuş prosedurdur.
Sifariş – Evakuasiya xidmətlərinin alınması üçün Servis vasitəsilə müvafiq mülki-hüquqi münasibətlərinə daxil olmasına (sövdələşmənin bağlanmasına) Müştəri tərəfindən istiqamətləndirilmiş hərəkətlərin yerinə yetirilməsidir.
Xidmət haqqı – Evakuasiya xidmətlərinin göstərilməsi üçün Müştəri tərəfindən Sürücüyə ödənilməli xidmət haqqı.
Servis haqqı – Servisdən istifadə etməsi üçün Sürücü tərəfindən Operatora ödənilməli olan haqq.
Depozit balansı- Servis haqqını ödəmək üçün Servisdə yaradılmış virtual hesabdır. Həmin hesabda Sürücü tərəfindən avans şəklində ödənilmiş Servis haqqının balansı əks olunur.
Müqavilənin bağlanması- Servisdə yerləşdirilmiş Sifarişin qəbul edilməsi və Servisdə qeyd olunan məlumat əsasında Evakuasiya xidmətlərinin icra edilməsidir.
Şərtlərin 1-ci bölməsində müəyyən edilməyən terminlərdən də istifadə oluna bilər. Bu halda, bu cür terminin izahı Şərtlərin mətninə uyğun olaraq həyata keçirilir. Şərtlərin mətnində terminin birmənalı izahı olmadığı halda, terminin aşağıdakı qaydada müəyyən edilmiş izahını rəhbər tutmaq lazımdır: ilk növbədə – Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş izahı, ikinci növbədə – Servisdə müəyyən edilmiş izahı, daha sonra isə – İnternet şəbəkəsində formalaşmış (ümumi istifadədə olan) izahıdır.
2. Ümumi müddəalar
2.1. Servisdə verifikasiya keçməklə, Sürücü bu Şərtləri tam olaraq qəbul edir, habelə Servisdə yerləşdirilmiş Şəxsi məlumatlar haqqında siyasətin (Məxfilik siyasətinin) şərtlərini qəbul edir.
2.2. Operator, Servis vasitəsilə Evakuasiya xidmətinə dair Sifarişlərin təqdim edilməsi və Sürücü ilə Müştəri arasında əlaqələrin yaradılması üzrə xidmət göstərir. Sürücü təsdiq edir ki, Evakuasiya xidmətinə dair mülki xarakterli münasibətlər Servisdə qeyd olunan məlumatlara əsasən birbaşa Müştəri və Sürücü arasında yaranır və müstəqil şəkildə Müştəri ilə Sürücü arasında həll olunur.
2.3. Operator Sürücü ilə Müştəri arasında bağlanmış müqavilənin yerinə yetirilməsi üçün heç bir şəkildə məsuliyyət daşımır. Evakuasiya xidmətindən irəli gələn mübahisələr Sürücü ilə Müştəri arasında həll ediləcək.
2.4. Sürücü Servis vasitəsilə təqdim edilən Sifarişlərdən birini seçərək Müştəri ilə Müqavilə bağlayır. Ödəniş nağd şəkildə həyata keçirildiyi halda Sürücü Evakuasiya xidmətini təqdim etdikdən sonra Müştəridən xidmət haqqını ödəməsini tələb etmək hüququna malik olur. Sürücü qəbul edir ki, Sifarişin dəyəri Servisin daxili qaydaları əsasında müəyyən edilir və Sürücü Servisdə əks olunan xidmət haqqından əlavə haqqı Müştərindən tələb edə bilməz.
2.5. “Sürücü” statusunu əldə etmək istəyən şəxs Servisdə verifikasiya keçməklə zəmanət verir ki:
2.5.1. Sürücünün xidmət göstərdiyi nəqliyyat vasitəsi ona məxsusdur və ya həmin nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir;
2.5.2. Sürücü Azərbaycan Respublikasının qüvvədə olan hüquqi aktlarına əsasən fəaliyyət göstərir və qanunvericilik ilə nəzərdə tutulmuş bütün lisenziya və icazələri (olduğu halda) almışdır;
2.5.3. Verifikasiya zamanı Servisə yüklənən məlumat və sənədlər (o cümlədən, Sürücünün sənədləri və nəqliyyat vasitəsinə aid olan digər sənədlər və sair sənədlər) dəqiq, düzgün, tam və aktualdır;
2.5.4. Təqdim edilmiş məlumatlarda və sənədlərdə dəyişikliklər verildiyi halda onları dərhal Servisdə yeniləcəkdir.
2.6. Sürücü anlayır və təsdiq edir ki, onunla Operator arasında heç bir əmək müqaviləsi və ya əmək münasibətləri qurulmayıb və yaradılmayacaq. Sürücü həmçinin etiraf edir ki, Sürücü ilə Operator arasında heç bir birgə müəssisə və ya tərəfdaşlıq mövcud deyil. Sürücü Operatorun işçisi, agenti və ya nümayəndəsi kimi çıxış edə və ya Operatorun adından hər hansı müqavilə bağlaya bilməz.
2.7. Sürücü Şərtlərdən irəli gələn hüquq və öhdəlikləri hər hansı üçüncü tərəfə ötürə bilməz.
2.8. Sürücü razılaşır ki, Sürücünün dəqiq yerini müəyyən etmək və digər vasitəçilik xidmətlərini daha keyfiyyətli şəkildə göstərmək məqsədi ilə Servis Sürücünün mobil cihazında GPS və digər funksiyalarına giriş hüququna malikdir və GPS-i daim aktiv şəkildə saxlaya bilər.
3. Verifikasiya.
3.1. Verifikasiya keçmək məqsədi ilə “Sürücü” statusunu əldə etmək istəyən şəxs aşağıdakı sənədləri və məlumatları, lakin bununla məhdudlaşmayaraq, Servisə yükləməklə Operatora təqdim etməlidir:
3.1.1. Şəxsiyyət vəsiqəsi;
3.1.2. Məhkumluq haqqında arayış;
3.1.3. Etibarlı sürücülük vəsiqəsi;
3.1.4. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, müvafiq icarə müqaviləsi və ya müvafiq etibarnamə;
3.1.5. GPS funksiyasını dəstəkləyən mobil cihaz;
3.1.6. Telefon nömrəsi;
3.1.7. Elektron poçt ünvanı;
3.1.8. Yaşadığı yer və qeydiyyat ünvanı.
3.2. Operator istənilən vaxt Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş və Servis məqsədləri üçün lazım olan əlavə sənədləri Sürücüdən təqdim etməsini tələb edə bilər.
3.3. Verifikasiya keçmək üçün bütün məlumat və sənədlər Servisə yüklənildikdən sonra Operator təqdim edilmiş məlumat və sənədləri yoxlayır. Təqdim edilmiş məlumat və sənədlər Şərtlərin tələblərinə uyğun gəldiyi halda Sürücüyə verifikasiyanı keçməsinə dair məlumat göndərilir və Servisdə Sürücü üçün şəxsi kabinet və virtual hesab yaradılır.
3.4. Sürücü zəmanət verir ki:
3.4.1. Evakuasiya xidmətini şəxsən icra edəcək, başqa şəxslərə öz şəxsi kabinetindən istifadə etməyə icazə verməyəcək və özü başqasının şəxsi kabinetindən istifadə etməyəcək;
3.4.2. Evakuasiya xidmətini qadağan olunmuş və ya qeyri-qanuni məqsədlər üçün istifadə etməyəcək və Servisin düzgün işləməsinə xələl gətirməyəcək, Servisin təqdim etdiyi funksionallığından sui-istifadə etməyəcək və ya manipulyasiya etməyəcək (o cümlədən, GPS məkanına manipulyasiya etmək və sair);
3.4.3. Servisin funksionallığından vicdanla istifadə edəcək və göstərilən xidmətlə bağlı yalan məlumat təqdim etməklə hər hansı bonuslar almaq da daxil olmaqla qanunsuz hərəkətlər etməyəcək;
3.4.4. Göstərilən xidmətə və fərdi məlumatlara tətbiq olunan bütün qanun və qaydalara (lakin bununla məhdudlaşmayaraq) tam əməl edəcək;
3.4.5. Servisin mənbə kodunu hər hansı üsulla əldə etməyə cəhd etməyəcək;
3.4.6. Şəxsi kabinetini istənilən şəkildə və ya formada dəyişdirməyəcək;
3.4.7. Servisdə əməliyyatlara zərər verə və ya mənfi təsir göstərə bilən viruslar, zədələnmiş fayllar və ya hər hansı digər proqramları ehtiva edən faylları ötürməyəcək;
3.4.8. Göstərdiyi xidmətdən irəli gələn bütün vergi və digər məcburi ödənişləri müstəqil olaraq ödəyəcək.
3.5. Sürücü Servis vasitəsilə Sifarişləri qəbul etmək üçün Operatorun xeyrinə avans ödənişini həyata keçirməlidir. Həmin ödəniş Servisdə olan Sürücünün depozit hesabında əks olunur. Avans ödənişi 20(iyirmi) manatdan az ola bilməz. Balans 1 (bir) manatdan az olduğu halda Sürücünün Servisdə əks olunan Sifarişləri qəbul etməsi imkanı məhdudlaşdırılır. Eyni zamanda Sifariş üzrə servis haqqı balansda olan məbləğdən çox təşkil etdiyi halda həmin Sifarişin Sürücü tərəfindən qəbul edilməsi imkanı məhdudlaşdırılır.
3.6. Sürücü razılıq verir ki, Servis vasitəsi ilə təqdim edilmiş və Sürücü tərəfindən hər uğurlu icra edilmiş Sifarişə görə aşağıdakı həcmdə Operatorun xeyrinə servis haqqı ödənilir:
3.6.1. Servisdə 01.02.2026-cı il tarixinədək Servisdə verifikasiya keçmiş Sürücülər üçün birinci ay üzrə hər Sifarişin dəyərinin 5(beş) %, ikinci aydan başlayaraq hər Sifarişin dəyərinin 20(iyirmi) %.
3.6.2. Servisdə 01.02.2026-cı il tarixindən sonra qeydiyyatdan keçmiş Servisdə verifikasiya keçmiş Sürücülər üçün hər Sifarişin dəyərinin 20 (iyirmi) %.
3.7. Bu Şərtlərin 4-cü fəslinə uyğun olaraq Sürücü nəqliyyat vasitəsinin üzərinə Servisə aid olan reklam xarakterli məlumatları yerləşdirdiyi halda bu Şərtlərin 3.6.1 (ikinci aydan başlayaraq) və 3.6.2-ci bəndləri ilə nəzərdə tutulmuş faiz dərəcəsi hər Sifarişin dəyərinin 15 (on beş) % təşkil edəcək.
3.8. Sürücü razılıq verir ki, Operatora akseptsiz qaydada çatası olan servis haqqı Sürücünün ödədiyi avans ödənişindən tutulur. Depozit hesabında qalıq məbləğ cari vaxt rejimində göstərilir.
3.9. Yerinə yetirilmiş Sifarişlər, ödənişlər, servis haqqları haqqında və sair məlumat Sürücünün şəxsi kabinetində əks olunur.
4. Reklam
4.1 Operator istifadə etdiyi işarə, etiket, stiker və ya digər işarələri nəqliyyat vasitəsinin üzərinə yerləşdirmək üçün Sürücüyə təqdim edə bilər.
4.2. Sürücü razılaşır ki, Servisə aid olan işarə, etiket, stiker və ya digər işarələri nəqliyyat vasitəsinin üzərinə yerləşdirməsi ilə bağlı bütün lazım olan icazələri və ödənişləri müstəqil olaraq həyata keçirəcəkdir və Servisə aid olan işarə, etiket, stiker və ya digər işarələri nəqliyyat vasitəsinin üzərinə yerləşdirməsi ilə bağlı bütün neqativ hallara Sürücü müstəqil olaraq Operatoru cəlb etmədən həll edəcək.
4.3. Sürücü təsdiq edir ki, bütün müəllif hüquqları və əmtəə nişanları, o cümlədən, mənbə kodu, verilənlər bazası, loqolar və vizual dizaynlar, Operator və müəllif hüququ, əmtəə nişanı və/və ya kommersiya sirri qanunları və beynəlxalq müqavilə müddəaları ilə qorunur. Sürücü Servisdən istifadə etməklə heç bir əqli mülkiyyətə sahiblik hüququnu əldə etmir.
5. Evakuasiya xidmətinin göstərilməsi
5.1. Sürücü Evakuasiya xidmətləri göstərərək aşağıdakı tələblərə riayət etməsini öhdəsinə götürür:
5.1.1. İşgüzar etikanın qaydalarına riayət etmək;
5.1.2. Evakuasiya xidmətini peşəkar şəkildə təqdim etmək;
5.1.3. Evakuasiya xidmətini yerinə yetirərək ən qısa və ən təhlükəsiz marşrutu seçmək;
5.1.4. Müştərinin icazəsi və ya əsaslı səbəb olmadan Evakuasiya xidməti göstərərək nəqliyyat vasitəsini dayandırmaq;
5.1.5. Müştərinin nəqliyyat vasitəsinin daşınması ilə yanaşı digər əşyaları və ya nəqliyyat vasitələri daşımamaq;
5.1.6. Hər hansı tətbiq olunan yol hərəkəti qanun və qaydalarına riayət etmək.
5.2. Sürücü Evakuasiya xidmətinin göstərilmə vaxtını öz şəxsi mülahizəsinə əsasən müəyyən edir.Sürücü Müştəri tərəfindən edilən Sifarişləri öz şəxsi mülahizəsinə əsasən qəbul etməli, rədd etməli və ya onlardan imtina etməlidir.
5.3. Sürücü öz hesabına Evakuasiya xidmətini yerinə yetirmək üçün tələb olunan bütün avadanlıq və vasitələri təmin etməyə və saxlamağa borcludur. Sürücü həmçinin Evakuasiya xidmətini yerinə yetirərkən çəkdiyiniz bütün xərcləri (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, yanacaq, mobil internet planı xərcləri, rüsum haqları, nəqliyyat vasitəsinin amortizasiyası ilə bağlı xərclər, sığorta, müvafiq gəlir, korporativ və ya əmək haqqı vergiləri və s.) ödəməyə cavabdehdir.
6. Müştəri dəstəyi
6.1. Operator Sürücülərə Servisin istifadəsi ilə bağlı dəstəyi info@portgo.az elektron poçtu ilə təmin edir.
7.Qiymətləndirmə
7.1. Sürücü razılaşır ki, Müştəri Sürücünün xidmətlərinin keyfiyyəti ilə bağlı rəy bildirə bilər.
7.2. Müştəri rəyinin əsasında müəyyən edilmiş reytinqdən əlavə, Operator Sürücünün fəaliyyət səviyyəsini qiymətləndirə bilər.
7.3. Müştərilərə etibarlı xidmətlər təqdim etmək üçün Sürücülərin müəyyən etməli və saxlamalı olduğu minimum orta reytinq və minimum fəaliyyət xalı müəyyən edilə bilər. Sürücü müəyyən edilmiş reytinqə çatmadığı halda Sürücünün şəxsi kabineti avtomatik olaraq müvəqqəti və ya daimi olaraq dayandırıla bilər.
8. Fərdi Məlumat
8.1. Sürücü təsdiq edir ki, bu Şərtləri qəbul etməklə Servisdə yerləşdirilmiş Məxfilik siyasətinin şərtlərini qəbul edir və bu, qüvvədə olan qanunvericilik və tənzimləmələrə əsasən qəbul edilən şəxsi məlumatların istifadəsi üçün yazılı razılıq deməkdir.
8.2. Sürücü öhdəliyinə götürür ki, Evakuasiya xidmətlərini göstərmək məqsədilə Servis tərəfindən Sürücüyə təqdim edilmiş məlumatların məxfiliyini təmin etmək üçün bütün ağlabatan addımları atmalı və bu məlumatlar Müştərinin fərdi məlumatlarını ehtiva etdiyi təqdirdə qüvvədə olan Məxfilik Siyasətinə və qanunlarına əməl etməlidir.
9. Müddət, Dayandırma və Xitam
9.1. Sürücü ən azı 7 (yeddi) gün əvvəl Operatoru xəbərdar etməklə Şərtlərin icrasına xitam verə bilər və bundan sonra Servisdən istifadə hüququ ləğv ediləcək. Operator Sürücüyə xəbərdarlıq etmədən, istənilən vaxt və hər hansı bir səbəbdən öz mülahizəsinə uyğun olaraq Servisdən istifadə hüququnu ləğv edə bilər.
10. Məsuliyyət
10.1. Operator Servisdən istifadənin fasiləsiz və ya səhvsiz olacağına görə təminat və ya zəmanət vermir. Servisdə hər hansı nasazlıq olarsa, Operator ən qısa zamanda düzəltməyə çalışacaq.
10.2. Sürücü razılaşır ki, Servis Müştərinin hərəkətlərinə və ya hərəkətsizliyinə görə məsuliyyət daşımır və Sürücünün Müştəriyə vurduğu ziyana görə məsuliyyət daşımır.
10.3. Sürücü tərəfindən xidmətin göstərilməməsi, keyfiyyətsiz göstərilməsi və ya digər hərəkətlər edilməsi nəticəsində Müştəriyə və ya üçüncü şəxslərə zərər vurulduğu halda Sürücü həmin zərəri müstəqil olaraq aradan qaldırır.
10.4. İstənilən halda Operatorun maliyyə məsuliyyəti 100(bir yüz) AZN ilə məhdudlaşdırılacaq.
11. Digər şərtlər
11.1. Operator istənilən zaman bu Şərtlərin mətnində birtərəfli qaydada dəyişiklik edə bilər. Bu cür dəyişikliklər Servisdə nəşr olunduğu andan etibarən qüvvəyə minir. Bu cür dəyişikliklər edildiyi halda, Operator Müştəriyə dəyişikliklər barədə bildirişi onun şəxsi kabinetinə göndərməklə məlumat verir.
11.2. Aşağıda göstərilən hallarda Operator Sürücünün şəxsi kabinetini bloklaşdıra və Servisdən istifadə hüququnu məhdudlaşdıra bilər:
11.2.1. Bu Şərtlər çərçivəsində Sürücü, Müştəriyə və ya üçüncü şəxslərə qarşı qeyri-etik davranışlar və ya aqressiv hərəkətlər etdikdə;
11.2.2. Sürücü tərəfindən Servis ilə təqdim edilən hüquq və imkanlardan sui-istifadə edilməsində şübhələr yarandıqda;
11.2.3. Səbəbini izah etmədən bütün digər hallarda.